NLP və onun tətbiqi
NLP (neyrolinqvistik proqramlaşdırma) özündə psixoterapiya, geştaltpsixologiya, psixoanaliz, linqvistika, hipnoz elementlərini birləşdirən unikal bir texnikadır. Bu texnika insanlara öz emosional vəziyyətlərini anlamaqla, ətrafı daha geniş spektrdə qəbul etməyi, başqalarını diqqətlə dinləməyi, onları başa düşməyi, motivasiya tapmaqla, özünü inkişaf etdirməyi, effektiv ünsiyyət quraraq, həyatın müxtəlif sahələrində daha yüksək nailiyyətlər əldə etməyi öyrədir. NLP-in geniş imkanları onun bir çox peşələrə tətbiq olunmasına geniş imkanlar yaradır. Məsələn:
- Təhsil;
- Menecment və idarəetmə;
- Natiqlik sənəti;
- Vaxtın idarə edilməsi;
- Psixoterapiya;
- Satış;
- Aktyorluq;
- Hüquq;
- Yazıçılıq və jurnalistika və s.
Bir çox sahələrdə olduğu kimi, NLP kouçinqdə də geniş istifadə edilir. Seanslar zamanı kouç müxtəlif texnikalardan istifadə etməklə, müştərisinə bir çox məsələlərdə köməklik göstərə bilir. NLP həyatımızın aşağıda göstərilən sahələrinə ciddi pozitiv təsir göstərərək, əhəmiyyətli dəyişikliklər yaratmağa yeni imkanlar açır:
- Təşviş və stress – kouçinq stress və təşvişlə mübarizə üçün effektiv metoddur. Belə ki o, psixikaya təzyiq göstərən fikirlər obrazını identifikasiya edir və şüurtaltı obrazları üzə çıxdıqdan sonra onlarla mübarizə aparır.
- Sağlamlıq və rifah – NLP-nin əsasını təşkil edən vacib ideyalardan biri ruh və vücudun vəhdətdə olmasını göstərməkdir. Müəyyən texnikaların tətbiqi ilə insan psixi və fiziki enerjisinin yaxşılaşmasını müşahidə edir. Bu cür dəyişiklik onun həyata münasibətini dəyişir, nəticədə mənəvi və fiziki rahatlıq əldə olunur.
- Qorxu və fobiyalar – NLP fobiya və qorxularla mübarizədə gözəl vasitə kimi tanınır. Təşvişdə olduğu kimi, burada da texnika irrosional qorxunun əmələ gəlməsi zamanı yaranan düşüncə prosesini dəyişməyə kömək edir. Beləliklə, insana hələ dünən dəhşətli gələn şeylər öz “qorxulu dəyərlərini” itirir, çünki onun proseslərə olan münasibəti dəyişir.
- Münasibətlər – kommunikasiya əsasında formalaşır. Problem o zaman yaranır ki, insanlar emosiyalarını ifadə edə bilmirlər, diskomfort və ya xoşbəxtliklərini göstərə bilmirlər. NLP yuxarıda qeyd olunduğu kimi, emosiyaları anlamağa, insanları başa düşməyə, empatiya hissini gücləndirərək, ünsiyyəti yaxşılaşdırmağa kömək edir. İstər şəxsi, istər ailədə, istərsə də sosial həyatda. NLP texnikalarına malik insanlar daha möhkəm münasibətlər qurmağı bacarırlar.
- İnam – insanlar tez-tez NLP kurslarına öz qorxu və mənəvi məhdudiyyətlərini aradan qaldırmaq üçün müraciət edirlər. NLP metodları əvvəlki streotip və vərdişləri qıraraq, yeni imkanlar açmağa şərait yaradır. Bu metodlar müxtəlif qorxuları yox edərək, özgüvəni artırır, insanlara daha qətiyyətli və prinsipial olamağa kömək edir.
- Biznes-texnologiya insanları başa düşməklə, düzgün ünsiyyət qurmaq və qarşılıqlı əlaqə yaratmaq vərdişləri aşılayır. Belə vərdişlərin əldə olunması partnyorlarla, əməkdaşlar və ya rəhbərliklə düzgün və effektli danışıqlar aparmağa kömək edir.
“İCE academia”nın beynəlxalq dərəcəli kouçlarının təqdimatında siz NLP-nin sirrlərinə yiyələnə, bu texnikanı həyatınıza tətbiq edərək, daha uğurlu və daha xoşbəxt ola bilərsiniz.